04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən vacib REAKSİYA

29.12.2020

 Türkiyə Haftar və dəstəkçilərinə qarşı Liviya Milli Razılıq Hökumətinin çağırışına müsbət reaksiya verməsəydi, ölkə xaosa yuvarlanardı.

DM xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa mediasına müsahibəsində deyib.

Türk nazir Liviyadakı böhranın hərbi yox, məhz siyasi həllinin olduğunu bir daha xatırladıb:

"Səylərimiz sayəsində küləyin istiqaməti dəyişdi və beləliklə, liviyalılar arasında dialoq və razılaşma cəhdləri yarandı”.

Çavuşoğlu Liviyada atəşkəsin qorunmasının xüsusi önəmini vurğulayıb. Türkiyə XİN rəhbəri, həmçinin əlavə edib ki, Liviya böhranı NATO üçün əhəmiyyətli imtahandır:

"Yaxın çevrəsindəki böhranları idarəetmə imkanını dəyərləndirir. NATO-dakı partnoylarımıza alyansın Liviyada güclü hərbi qurumlar inşa etməyə yardım etməsi gərəkdiyini söyləyirik”.