03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misir mediası Ermənistanın son təxribatından yazdı

28.12.2020

 Misirin ən nüfuzlu qəzetlərindən olan "Əl Əhram”da Ermənistan silahlı qüvvələri qalıqlarının Ordumuza hücumu illə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərc edilib.

DM xəbər verir ki, nəşr dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücum etdiyini yazıb. Nəticədə bir nəfər hərbi qulluqçumuz - əsgər Qənbərov Elmir şəhid olub, daha bir əsgər isə yaralanıb.

Xəbərdə bildirilib ki, görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Müdafiə Nazirliyi bu kimi halların təkrar olunacağı təqdirdə qəti tədbirlər görüləcəyini bəyan edib.