04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyanın yeni prezidenti kim olacaq?

28.12.2020

 Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski gələcəkdə Rusiya prezidenti ola biləcək şəxslərin adını açıqlayıb.

DM xəbər verir ki, o, bu sözləri Rusiya-1 telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu vəzifəyə baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Federasiya Şurasının sədri Valentina Matviyenko və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev keçə bilər.

Bundan əlavə, Jirinovski özünü nəzərdə tutaraq qeyd edib ki, ölkənin 30 il ərzində gözlədiyi insan prezident seçiləcək.

Deputat, həmçinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətini də təsdiqləyib.

Qeyd edək ki, yeni konstitusiya qəbul edildiyi üçün Putin bundan sonra daha iki dəfə namizəd ola biləcək.