04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətən müharibəsinin Babəki

28.12.2020

 2016-cı ilin Aprel döyüşlərində ağır yaralansa da, bir an belə amalından dönməyib. Polkovnik Babək Səmidli intiqamını Vətən müharibəsində erməni qəsbkarlarını torpaqlarımızdan qovaraq alır.

DM Xəzər TV-yə istinadən xəbər verir ki, əsgərləri ilə iki dəfə düşmən mühasirəsinə düşsə də təslim olmayıb. Təkbaşına 39 yaralı əsgərimizi öz xidməti avtomobili ilə döyüş meydanından çıxarıb.

Suqovuşan azad olunan kimi təhlükə olsa da, avtomobillə mühəndisləri həmin əraziyə çatdırıb, rayonlara su verilişini bərpa edib. Ər meydanında düşmənə qan udduran, qorxu nədir bilməyən Babək də bəzən sevincdən, həyəcandan titrəyirmiş - Talış kəndinə canı qədər sevdiyi bayrağımızı sancarkən!

Bir deyimi isə dillərdə zərb-məsəl olur. Əsgərləri qarşısında 3 ümdə arzusunu dilə gətirir və bununla hərbçilərində o qədər böyük ruh yüksəkliyi yaradır ki.... "Ya qalib ol, ya qazi, ya da şəhid!" Kim bilərdi ki, savaş dövrümüzün sloqanlarından birinə çevrilən bu fikrin müəllifinin taleyinə şəhadət zirvəsi həkk olunubmuş...

Babək Səmidli elə əsgərlərinə dediyi kimi, Vətən uğrunda döyüşdüyü 3 amalın hər birinə nail olub! O, 2016-cı ildə Aprel döyüşlərinin qazisi, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qalibi adını qazanıb.

Noyabrın 22-də bir günlük Göyçaya gələrək ailəsi ilə birlikdə qələbə sevincini də yaşayıb qəhrəmanımız. Amma Babəkin ailəsi ilə son görüşü olub bu. Bir gün sonra şəhid olan əsgərlərimizin meyitlərinin tapılaraq ailələrinə təhvil verilməsi zamanı Suqovuşanda minaya düşüb.

Cəsur hərbçimiz Suqovuşan, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşanın işğaldan azad olunması zamanı şəhidlərimizin qisasını almaq üçün daim ön sırada döyüşüb.

Qalib Azərbaycanın şəhid polkovniki ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.