19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-İstanbul aviareysi Ermənistan səmalarından keçdi

27.12.2020

Bir neçə saat əvvəl "Turkish Airlines” aviaşirkəti Bakı ilə İstanbul arasında Ermənistanın hava məkanının üzərindən tarixi reys həyata keçirib.

DM haqqin.az-a istinadən bildirir ki, bununla da Ermənistan öz hava məkanını Türkiyə və Azərbaycanın mülki təyyarələri üçün açıb.

İndiyədək Azərbaycan və Türkiyə sərnişin təyyarələri Gürcüstanın hava məkanından uçmağa məcbur olurdu ki, bu da daha uzun məsafəni qət etmək demək idi.

Rəsmi mənbələr hələlik bu məlumatı şərh etmirlər. Lakin güman edilir ki, Azərbaycan və Türkiyə təyyarələrinin Ermənistan üzərindən uçuşları 10 noyabrda bağlanmış sazişdən sonra mümkün olub. Bu sazişə əsasən, tərəflər arasında bütün nəqliyyat kommunikasiyaları açılmalıdır.

Üçtərəfli bəyanat Rusiyanın humanitar yük daşıyan hərbi-nəqliyyat təyyarələrinə Azərbaycanın hava məkanından Ermənistana uçmağa imkanı verir.