03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus jurnalistlər Ağdamda: Diqqət çəkən məqam...

26.12.2020

Rusiyanın RBK televiziya kanalının əməkdaşları işğaldan azad edilmiş Azərbaycan ərazilərindən reportaj hazırlayıblar.

Onların ilk yollandığı şəhər Ağdam olub. Rusiyalı jurnalistlər bildirirlər ki, burada yollarla hərəkət etmək olar, amma yol kənarına çıxmamaq tövsiyə edilir. Ətrafda minlərlə mina var. Ağdamda reportyorların diqqətini şəhərin demək olar ki, tamamilə dağıdılması çəkib.

Qeyd olunur ki, burada salamat qalmış yeganə bina Cümə məscididir ki, o da ciddi zərər görüb. Məscidin tezliklə bərpa edilməsinin planlaşdırıldığı vurğulanır.

Sonra Tərtər və Cəbrayılda olan telekanalın əməkdaşları oradakı dağıntılar haqqında da məlumat verirlər.