03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Putin kişi adamdır" - Ərdoğan

25.12.2020

"Rusiya prezidenti Vladimir Putin ilə tanış olandan indiyədək mən onu verdiyi sözə əməl edən şəxs kimi tanıyıram. İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir”.

DM xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

"İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”, - Ərdoğan rusiyalı həmkarı haqqında danışarkən vurğulayıb.

R.T.Ərdoğan deyib ki, V.Putin sözbütöv və kişi adamdır.

Qeyd edək ki, Vladimir Putin Türkiyə prezidenti haqqında demişdi: "Rəcəb Tayyib Ərdoğan sözübütöv, kişi adamdır”.