09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin bu hərbi frazanı dəyişdirdi

25.01.2018

Rusiyada komandirin təbrik və ya təşəkkür etməsinə əsgərlərin cavab forması dəyişdirildi
Rusiyanın dövlət başçısı Vladimir Putin Rusiya Silahlı Qüvvələri daxili xidmətinin nizamnaməsinə dəyişıkliklə bağlı sərəncam imzalayıb. Nizamnamənin 58-ci maddəsində göstərilən dəyişikliklərə görə, komandirin minnətdarlığına və ya təşəkkürlərinə əsgərlərin "Mən Rusiyaya xidmət edirəm"- deməsi yetərlidir.
Daha əvvəl isə hərbcilər "Rusiya Federasiyasına xidmət edirəm "- deyə, cavab verirdilər. Bu fraza 10 il qüvvədə olub.
Qeyd edək ki, sadələşmış cavab forması isə 1993-cü ildən 2007-ci ilə kimi mövcud idi.
Sərəncam Rusiyanın hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.