03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk Akademiyası Pakistanla ortaq layihələrə başlayır

25.12.2020

 Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəlinin başçılığı altında nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib.

DM xəbər verir ki, səfər çərçivəsində BTA prezidenti bir sıra ikitərəfli rəsmi görüşlər keçirib, qərargahı bu ölkədə yerləşən beynəlxalq təşkilatların rəhbərləri ilə müzakirələr aparıb və Əl-Fərabi Qlobal Forumuna qatılıb.

BTA rəhbəri İslamabadda Pakistan İslam Respublikasının elm və texnologiya naziri Favad Husain Çaudari, eyni zamanda, Federal təhsil və peşə təhsili nazirinin birinci müavini Fərah Hamid Xan ilə görüşüb. Görüşlərdə tarix və mədəniyyət sahəsində Türk dünyası ilə Pakistanı ortaqlaşdıran birgə tədqiqat layihələrinin həyata keçirilməsi, görkəmli xadimlərin irsinin öyrənilməsi və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın dərinləşdirilməsi üçün tədbirlərin təşkili barədə razılığa gəlinib. Pakistan tərəfi BTA çərçivəsində Türk dünyası ilə elmi, texnoloji əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Pakistan İslam Respublikası xarici işlər nazirinin birinci müavini Sohail Mahmud ilə görüşdə isə tərəflər qarşılıqlı elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Nazir müavini Akademiyanın fəaliyyəti ilə maraqlanıb və Əl-Farabi Qlobal Forumunun işini yüksək qiymətləndirib. D.Kıdırəli BTA-nın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və Pakistanla əməkdaşlıq planları barədə məlumat verib, Akademiyanın nüfuzlu pakistanlı mütəfəkkir Məhəmməd İqbalın Azərbaycan dilində yenicə çap etdiyi "İslamda dini düşüncənin reknstruksiyası” kitabını və digər nəşrləri qarşı tərəfə təqdim edib.

Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərargahı İslamabadda yerləşən Elm və Texnoloji Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) direktoru Məhəmməd İqbal Çaudari, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Elm Fondunun prezidenti Manzur Hüseyn Sumro ilə görüşlər keçirilib, həmin beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı müzakirə olunub. BTA ilə COMSTECH arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Səfər çərçivəsində, Akademiya prezidenti böyük mütəfəkkir Əl-Farabinin anadan olmasının 1150 illiyi münasibətilə İslamabadda, İslam Əməkdaşlıq Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Daimi Komitəsinin (COMSTECH) və Qazaxıstan hökumətinin təşkilatçılığı ilə keçirilən Farabi Qlobal Forumuna qatılıb.

Forumunun açılış mərasimində çıxış edən Pakistan Prezidenti Arif Alvi Əl-Fərabini bütün İslam dünyasının böyük şəxsiyyəti olduğunu, ortaq mənəvi mirasımız olan bu cür şəxsiyyətlərin irsinin daha əhatəli araşdırılmasının vacibliyini bildirib. Arif Alvi Türk Akademiyasının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdiyini və buna görə minnətdar olduğunu qeyd edib.

D.Kıdırəli Forumda təbrik nitqi söyləyib və Fərabi ilində təşkilatın həyata keçirdiyi layihələr barədə danışıb. Eyni zamanda, Türk dövlətləri ilə yüksək səviyyəli münasibətlərə xüsusi həssaslıqla yanaşdığı üçün Pakistan tərəfinə təşəkkürlərini çatdırıb.

Səfər çərçivəsində BTA ilə Pakistanın İslamabad və Kəraçi şəhərlərindəki iki ən qabaqcıl universiteti arasında əməkdaşlıq protokolları imzalanıb.

Həmçinin, türkdilli dövlətlərin Pakistandakı diplomatik nümayəndəliklərində görüşlər keçirilib. Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşdə tərəflər Türk ölkələri arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparıblar. Səfir Akademiyanın Pakistanda ortaq irsimizin tədqiqi üçün həyata keçirməyi planlaşdırdığı layihələrə Azərbaycan tərəfinin hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.

Səfər çərçivəsində BTA nümayəndə heyəti Pakistanın mənəvi paytaxtı Lahorda Baburlar dövrünə aid tarixi abidələri də ziyarət edib.