03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdərədə 37 sm qar yağdı

25.12.2020

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Maştağada 30 (aylıq normanın 88 faizi), Çilov adasında 26 (aylıq normanın 88 faizi), Binədə 19 (aylıq normanın 64 faizi), Pirallahıda 12, Neft Daşlarında 8, Bakıda 7 (aylıq normanın 24 faizi), Sumqayıtda 1, Göyçayda 13, Cəfərxanda 9, Ağsu, Sabirabadda 8, Neftçalada 7, Salyan, Qazıməmməd, Biləsuvarda 5, İmişli, Kürdəmirdə 4, Beyləqanda 1 mm-dək, Oğuzda 18, Kişçayda (Şəki) 13, İsmayıllıda 12, Qəbələdə 10, Zaqatala, Şabranda 7, Şəki, Altıağacda 5, Xaçmazda 4, Xınalıq, Şamaxı, Qrız, Qubada 3, Balakəndə 2, Şahdağ, Mərəzə, Xaltan, Sarıbaşda (Qax) 1 mm-dək, Ağdərədə 9, Şahbuzda 5, Ordubad, Naxçıvanda 1 mm-dək, Daşkəsən, Gədəbəydə 1 mm-dək, Lənkəranda 18, Yardımlıda 15, Lerikdə 14, Astarada 12 mm olub.