İşıq, qaz, su onlar üçün pulsuz olsun - Kərimli  
    
                          
     
                         25.12.2020
 
    
                        Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin.
DM xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
"Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır”, - deputat bildirib.