Nümayəndələr Palatası Trampın tələbini rədd etdi 
    
                          
     
                         25.12.2020
 
    
                        ABŞ Nümayəndələr Palatası Donald Trampın tələblərini rədd edib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hökumət xərcləri və pandemiyaya görə yardımlardan ibarət 2.3 trilyon dollarlıq paketdə dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürüb.
Donald Tramp adambaşı yardımın 600 ABŞ dollarından 2 000 dollara çatdırılmasını tələb edib. Nümayəndələr Palatasındakı Demokrat üzvlər isə bildirib ki, Tramp səlahiyyət müddətinin bitməsinə az qalmış populizmə əl ataraq insanların yaddaşında yaxşı qalmağa çalışır. Təklifi iqtisadi baxımdan real saymayan Demokratlar tələbi rədd ediblər.
Donald Tramp isə indiki mətni ilə paketə veto qoyacağını bildirib. Anlaşmazlıq davam edir.