25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

AzTV-də yeni Bədii Şura yaradılacaq

25.12.2020

"Bu gün Azərbaycan Televiziyasının Bədii Şurası aktiv fəaliyyət göstərir. Onların hər biri ilə birbaşa təmasım var. Bəzən efirdə veriliş gedə-gedə müzakirələr aparılır, problemlər üzə çıxarılır, biz də operativ olaraq nöqsanları aradan qaldırırq”.

DM-in məlumatına görə, bunu mətbuat konfransında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

R.Məmmədov artıq Bədii Şuranın 2 illik fəaliyyət müddətinin bitdiyini, 2021-ci ildə yeni Bədii Şura yaradılacağını vurğulayıb.

Qurumun rəhbəri Azərbaycan Televiziyasının forma və məzmun baxımından da yenilənməsinə çalışdıqlaırnı qeyd edib: "Buna görə də yeni, dinamik aparıcıların dəvət edilməsinə çalışırıq. Təəssüf ki, pandemiya bizim də bir çox işlərimizə təsir edib, lakin bununla belə inkişaf dinamikasını qoruyub saxlamağa çalışırıq”.