03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu tarixdən bəzi qadağalar götürülə bilər

25.12.2020

 Yoluxma sayının həddindən artıq azalması rəsmi məlumatlardır. Bu rəqəmlər reallığı əks etdirmir.

DM xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu gün COVİD-19-a yoluxanların sayı deyilənlərdən çoxdur:

"Çünki çox adam daha aidiyyəti qurumlara müraciət eləmir. Bu gün vəziyyət belədir ki, Abşeron yarımadasında əhalinin böyük əksəriyyəti xəstələnib. Koronavirusun toxunmadığı ailə yoxdur. Bu, gözlənilən idi”.

Adil Qeybulla bildirib ki, sərt karantin tədbirlərinin də əhəmiyyətini etiraf etmək lazımdır:

"Ünsiyyət azalıb. Düşünürəm ki, yanvarın 18-dən sonra bəzi qadağalar götürülə bilər. Bu gün qadağalar təkcə bizdə deyil, bir çox ölkədə var”.