03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldovanın yeni prezidenti fəaliyyətə başladı

25.12.2020

 Moldovanın yeni prezidenti Maya Sandu artıq prezident kimi fəaliyyətə başlayıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, dünən andiçmə mərasimi keçirilən prezidentin fəaliyyətə başladıqdan sonra atdığı ilk addım məlum olub.

Belə ki, Moldova prezidentinin rəsmi internet saytında moldovan, rus və ingilis dillərində versiyalar istifadəçilərə təqdim olunmuşdu. Maya Sandu prezident fəaliyyətinə başladıqdan sonra saytda moldovan dilinin adı dəyişdirilərək rumın dili adlandırılıb. Sayt rumın, rus və ingilis dillərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, II Dünya Müharibəsində Rumıniyanın bir hissəsinin SSRİ tərəfindən işğal edilməsindən sonra bu ərazilərdə Moldoviya SSR yaradılıb. Moldovan dili və rumın dili praktik baxımdan eyni dil hesab edilsə də, sovet dövründə xalqın adı moldovan olduğu kimi dilin də adı dəyişdirilib. Müstəqillikdən sonra Rumıniyaya birləşməklə bağlı geniş siyasi hərəkat meydana gəlib. Yeni qərbyönümlü prezident Maya Sandu da bu cərəyandan olan siyasi lider hesab edilir. Öncəki prezident İqor Dodon isə rusmeyilli siyasi xətti ilə seçilirdi və Rumıniya ilə yaxın münasibətlərin qatı əleyhdarı kimi çıxış edirdi.