03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xankəndinin şimal ətrafı minalardan təmizləndi

25.12.2020

 Rusiyanın sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsini başa çatdırır.

DM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Qarabağ ərazisinin minalardan təmizlənilməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsi işini başa çatdırır", - məlumatda deyilib.

Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikintini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.