05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan Türkiyəyə XOŞ NİYYƏT

24.12.2020

 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba 2020-ci il ərzində Türkiyə ilə bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib. Xüsusilə, Qara dənizin təhlükəsizliyi və hərbi hava qüvvələri sahəsində əməkdaşlığın ən üst səviyyədə olduğu ifadə edilib. Türkiyə ilə siyasi, hərbi və iqtisadi sferalarda iş birliyinin perspektivlərinə toxunan nazir bunda maraqlı olduqlarını bəyan edib.

"Türkiyə ilə mükəmməl əməkdaşlığımızdan çox məmnunuq", - deyə Kuleba əlavə edib.