05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanın Baş nazirindən İlham Əliyevə MƏKTUB

24.12.2020

 Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Gürcüstan ilə Azərbaycan arasında möhkəm tarixi və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığı məmnunluqla vurğulamaq istəyirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcək. Bu, bölgəmizdə sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və xalqlarımızın rifahına töhfə verəcəkdir.

Ölkələrimiz arasında gələcək əməkdaşlığı təşviq etməyə və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa Gürcüstan dövlətinin hazır olduğunu və bunun mənim də şəxsi istəyim olduğunu bır daha ifadə etmək istərdim.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırıram".