08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrailin Suriya istəkləri

08.07.2018

İsrail baş naziri Binyamin Netenyahu iyulun 11-də Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə İsrailin İran qüvvələrinin Suriyada möhkəmlənməsinə səbrlə yanaşmayacağını bildirəcək.
TASS agentliyinin verdiyi məlumata görə, B. Netenyahunun bu mövqeyini əks etdirən məlumatı fikrini bu gün İsrail Nazirlər Kabinetinin dəftərxanası yayıb.
B. Netenyahu İsrail Nazirlər Kabinetinin həftəlik iclasında deyib ki, gələn həftə V. Putinlə görüşmək üçün Moskvaya səfər edəcək: "Mən bu görüşdə İsrailin iki əsas prinsipini açıqlayacam. Birinci, biz İran və onun əlaltılarının Suriyanın istənilən rayonunda hərbi baxımdan möhkəmlənməsinə dözməyəcəyik. İkincisi, biz Suriyadan və Suriya ordusundan tələb edirik ki, 1974-cü ildə iki ölkənin silahlı qüvvələrini ayıran xətlə bağlı razılaşmaya əməl etsin".