Rusiyadan Belarusu "qoparırlar" - Səfir 
    
                          
     
                         24.12.2020
 
    
                        Qərb qarşısına Belarusu Rusiyadan qoparmaq vəzifəsi qoyub.
DM xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezençev deyib.
"ABŞ, Böyük Britaniya, AB ölkələrinin paytaxtları son dərəcə sərt münasibət göstərir və qeyri-qanuni, olduqca emosional qiymətlər verir. Qlobal tapşırıq Belarusun Rusiyadan qoparılmasıdır”, - Mezençev bildirib.
Səfirin sözlərinə görə, bunun üçün Qərb Belarus cəmiyyətini parçalamağa çalışır.