06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Twitter" Trampın hesabını sıfırladı

23.12.2020

Sosial media nəhəngi "Twitter" rəsmi prezident hesabı olan "@Potus”u sıfır izləyici ilə ABŞ prezidenti seçilən Co Baydenə təhvil verəcək.

DM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın izləyiciləri Bayden və Ağ Evin rəsmi "Twitter” hesablarına köçürülməyəcək.

Bayden ABŞ prezident hesabı olan "@Potus” sıfır izləyici lə təhvil alacaq. Hazırda Baydenin şəxsi "Twitter” hesabında 21,7 milyon izləyicisi var. "@Potus”un isə 33,2 milyon izləyicisi var.

Əsasən şəxsi "Twitter” hesabından istifadə edən Trampı 88,5 milyon sosial media istifadəçisi izləyir.