30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilərin qadağan etdiyi kitab

23.12.2020

Diqqətinizə çatdırmaq istədiyim şəxs 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və Daşnaksütyun Partiyasının lideri Ovanes Kacaznunidir. Onun "erməni soyqırımı” olaraq adlandırılan hadisələr haqqında dediyi sözlər həqiqəti əks etdirir.

DM xəbər verir ki, bu sözləri amerikalı tarixçi, professor Castin Makkarti deyib.

"Onun "Daşnaksütyunun edə biləcəyi heç bir şey yox idi” kitabı çox maraqlıdır. Kitabı maraqlı edən nüans Ermənistanda qadağan olunan nəşrlər sırasına aid edilməsidir. H.Kacaznuni bu kitabında türklərin ermənilərə soyqırım etmədiyini, əksinə, Qərbin imperialist dövlətləri tərəfindən modern silahlarla təchiz edilib Osmanlıya hücum etdiklərini, minlərlə müsəlman, uşaq, qadın, qocanı qətl etdiklərini deyir.

Etiraflardan bəziləri bunlardır:

1. Könüllülərdən ibarət silahlı dəstələrin qurulması böyük səhv idi.

2. Ermənilər Birinci Dünya müharibəsi zamanı ruslarla daim əlaqədə idi.

3. Ermənilərin Şərqi Anadoludan köç etdirilməsi türklərin aldıqları doğru bir qabaqlayıcı tədbir idi.

4. Türkiyə özünümüdafiə instinktindən istifadə edib.

5. Ermənistanda qurulan siyasi idarə Daşnaksütyun Partiyasının diktatorluğu idi.

6. "Dənizdən dənizə böyük Ermənistan” deyərək imperialist güclərin əlaltısına çevrilən ermənilər mənsub olduqları Osmanlıya xəyanət edib.

7. Yerli müsəlman xalqı soyqırıma məruz qalırdı.

8. Ermənilərin Birinci Dünya müharibəsində türklərə qarşı etdikləri və buna cavab olaraq türklərin onları imperiyanın fərqli yerlərinə köç etdirməsi ermənilərin Qərb mediasında özlərini göstərmək üçün hazırladıqları usta bir plan idi.

Yəqin ki, indi siz də başa düşdünüz ki, kitab nə üçün Ermənistanda qadağan olunmuş nəşrlər sırasındadır”.