09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Ermənistan öz gücünə sərhədlərini qoruya bilməz"

23.12.2020

 "Ermənistan öz gücünə sərhədlərini qoruya bilməz".

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri müxalif İşıqlı Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan səsləndirib. O qeyd edib ki, təcili şəkildə Sünik vilayətində (Zəngəzur əraziləri) təhlükəsizlik məsələlərini həll etmək lazımdır.
Marukyan çıxış yolu kimi Sünikdə Ermənistan ərazisində ikinci Rusiya hərbi bazasını yaratmağı təklif edib. Müxalifətçi hesab edir ki, Ermənistanın sərhədlərini qorumaq üçün başqa yolu yoxdur.

"Ermənistan öz gücünə sərhədlərini qoruya bilməz. Bunu başa düşmək lazımdır", - deyə Edmon Marukyan əlavə edib. O, təklifini məqbul sayan bütün qüvvələri müzakirələrə çağırıb.