30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Rusiyanı biabır etdi

23.12.2020

 Paşinyan tarixi məğlubiyyətinə görə Rusiyanı günahlandırıb.

Rusiya mətbuatı xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Elektron müharibə sistemlərinin işə yaramadığını bildirərək bütün günahların Rusiyada olduğunu deyib.

"Rusiya istehsalı olan elektron müharibə sistemləri işə yaramadı.  Buna görə ordumuz bir hədəfə çevrildi”, – deyə erməni baş nazir gileylənib.

Ermənistan ordusunun Qarabağ bölgəsində ağır itki verdiyini etiraf edən Paşinyan, "Əgər sülh və sülh sazişini qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olardı”, – deyə Paşinyan məğlubiyyət acısını dilə gətirib.

Moskva rəhbərliyini qınayan Paşinyan, müharibə zamanı Rusiyadan lazımi dəstəyi almadıqlarını qeyd edib.