19 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağdakı prosesə Qazaxıstan da qoşulacaq

22.12.2020

 Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, məhrumiyyətlər yaşayıb. Uzun illər ərzində fəaliyyət göstərən vahid nəqliyyat-kommunikasiya sistemi dağıdılıb. Yaxın bir neçə il ərzində Qarabağ regionunun ciddi investisiyalara ehtiyacı var.

Bunu rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.

"Azərbaycanın pulu var, lakin xarici investorlar da gələcək. Artıq İtaliya haqda məlumat gəlib. Təbii ki, bura Rusiya, Türkiyə, Qazaxıstan da qoşulacaq. Bu investisiyaların riskləri cüzidir. Ermənistanın revanşa gücü yoxdur, beynəlxalq hüquqa görə isə Qarabağ Azərbaycan ərazisidir. Mən Moskvada, Kazanda və Nur-Sultanda iş dünyasından olan dostlarıma Qarabağa diqqət yetirməyi tövsiyə edirəm”, - Razuvayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsi bir turizm mərkəzi kimi inkişaf etmək üçün bütün şanslara malikdir. Xüsusilə də Azərbaycanın qonaqpərvər bir ölkə kimi təkcə MDB məkanında deyil, bütün dünyada nüfuza malik olduğunu unutmamalıyıq:

"Şuşa Qarabağın iqtisadi və mədəni mərkəzi idi. Bura Sovet İttifaqının hər yerindən turistlər gəlirdi. Şuşaya "Qarabağın incisi” deyilirdi. O, şəhər-muzeydir. Məşhur Azərbaycan şairi və Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif burada yaşayıb və yaradıb. Bu ərazidə yalnız Azərbaycan tarixini deyil, həmçinin İranı, Rusiyanı da təqdim edən muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri mövcud idi”.

Ekspert əlavə edib ki, investorlara əlbəttə ki, təkcə turizm maraqlı olmayacaq. Belə ki, Qarabağda 155 növ müxtəlif faydalı yataq, o cümlədən 5 qızıl yatağı yerləşir.