19 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ üçün 4 yol

22.12.2020

İşğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait kifayət qədər çoxdur. Lakin bununla belə bu prosesə daha çox vəsaitin ayrılması lazımdır. Təbii ki, xarici və daxili investorların, Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələrin bu prosesə cəlb edilməsinə çalışmalıyıq.

Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban işğaldan azad olunan ərazilərdə böyük qayıdışın təmin edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması haqda danışarkən deyib.

Ekspert bildirib ki, onsuz da gələn il dövlətin üzərinə kifayət qədər yük düşüb:

"Bu mənada düşünürəm, ayrılan 2,2 milyard manat vəsaitdən əlavə gəlirlərə ehtiyac olacaq. Bu proses cəlb ediləcək maliyyə resurslarını dörd təsnifata bölmək olar:

Birincisi, dövlətin vəsaiti. Qeyd etdiyimiz kimi, artıq bu istiqamətdə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılır.

İkincisi, xarici maliyyə resursları. Söhbət konkret olaraq xarici kredit resurslarından gedir.

Üçüncüsü, xarici və daxili özəl şirkətlər. Bu təcrübədən dünyanın bir çox ölkəsində uğurla istifadə edilir.

Dördüncüsü, mülki şəxslərin investisiyası”.

İqtisadçı bildirib ki, infrastrukturun yenidən qurulması kapitalyönlü bir məsələdir. Digər tərəfdən, bu prosesə əlavə vergilər tələb edilmir:

"Bu mənada təklif edərdim, xarici maliyyə qurumlarından uzunmüddətli kreditlər alınsın. Söhbət Asiya İnkişaf Bankı, Dünya Bankı və s.-dən gedir. Məsələ ondadır ki, onların təklif etdikləri faizlər aşağı, uzunmüddətli olur və ümumiyyətlə, Azərbaycanla münasibətləri yaxşıdır. Hətta prosesdə iştirak etmək istədiklərini və bu istiqamətdə Azərbaycana dəstək verəcəklərini bildiriblər.

Ümumiyyətlə, bizim cəmiyyətdə yanlış bir təsəvvür var ki, prosesə yalnız müttəfiqimiz, ya da sıx münasibətimiz olan ölkələr cəlb edilməlidir. Lakin bu proses tender əsasında olmalıdır. Biz bu zaman ölkəmizə investisiya ayrılacağını görə bilərik. Azərbaycan vaxtilə neft sektorunda bu təcrübədən istifadə etdi və nəticəsini gördü. Yenə eyni qaydada bu təcrübədən istifadə etsək, bayaq qeyd etdiyim ölkələri də prosesə cəlb edə biləcəyik”.