08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu qanun ləğv edildi

22.12.2020

"Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib.

DM-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” qanun layihəsində əksini tapıb.

"Şərti maliyyə vahidi haqqında” qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi. Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilmişdi. Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.