07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış jurnalist koronavirusa yoluxdu

22.12.2020

 Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.

DM-in məlumatına görə, baş redaktor Bakıda fəaliyyət göstərən "Yeni Klinika"ya yerləşdirilib.

Klinikanın müalicə həkiminin sözlərinə görə, dünən R.Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricisi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Növbəti dəfə vətəndaşlarımızı koronavirusa qarşı diqqətli olmağa, karantin qaydalarına ciddi əməl etməyə çağırırıq. Bütün dünyanı cənginə almış bu virusla mübarizə aparmaq üçün əsas qaydalar maskadan istifadə etmək, sosial məsafə saxlamaq və dezinfeksiya vasitələrindən istifadə etməkdir.

Özünüzü və ətrafınızı qorumaq üçün xəstəliyin ilkin simptomlarını hiss edərkən evdə qalmalı və dərhal həkimə müraciət etməlisiniz.