07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FTX Navalnını təkzib etdi

22.12.2020

 Aleksey Navalnının Rusiya Federal Təhlükəsizlik Xidmətinin bölmələrindən birinin əməkdaşı ilə telefon danışığı saxtadır.

DM xəbər verir ki, bu məlumatı Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi yayıb.

"Telefon danışığının olduğu videoçarx saxtadır. Abonentin nömrəsinin dəyişdirilməsi metodu - xarici xüsusi xidmət orqanlarının istifadə etdikləri məşhur metoddur”, - məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə Navalnı onu zəhərləyən FTX əməkdaşlarından biri ilə apardığı telefon danışığının səs yazısını yayıb. Səs yazısında FTX əməkdaşı Navalnını zəhərlədiklərini etiraf edərək, əməliyyatın bütün detalları haqqında danışıb.