27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya erməniləri hansı əsasla Qarabağa yerləşdirir?

21.12.2020

 Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiyanın erməniləri Qarabağa yerləşdirməsi prosesi ilə bağlı narahatçılığını bölüşüb.

Əlövsət Əliyevin fikrincə, Azərbaycan hakimiyyəti Rusiyanın yaratdığı Humanitar Mərkəzlə davamlı müzakirələr aparmalıdır: 

"Bəli, Dağlıq Qarabağdakı Humanitar Mərkəz təkcə Ermənistandan qayıtmaq istəyənlərin yerləşdirilməsi ilə xüsusi məşğul olmalı deyil. 

DQMV-nin ləğvinə qədər o zamankı inzibati ərazi vahidləri üzrə əhalinin sayı Xankəndi şəhərində 56 705, Şuşa rayonunda 20 374, Əsgəran rayonunda  20 954, Ağdərə rayonunda 47047, Xocavənd rayonunda 28 202, Hadrut rayonu 14 487 nəfər olmaqla cəmi 187769 nəfər olub. 

Ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin təxminən 50 000 nəfərini o zaman azərbaycanlılar təşkil edirdi. Son 30 ildə bu sayın  təbii ki xeyli artmaqla təxminən 75 000 nəfərdən çox  olması şübhəsizdir. Ermənilərin daim demoqrafik problem yaşamasını nəzəzrə alsaq, hazırda həmin rayonlarda bir o qdər də erməninin qeydiyyatda olması mümkündür. 

Statistika Komitəsi və DİN tərəfindən Ağdərə, Xocalı, Xankəndi, Xocavənd  rayonlarında qeydiyyatda olan vətəndaşlarımızın siyahısı bir daha dəqiqləşdirilməli, onların həmin ərazilərə qaytarılması haqqında ayrıca proqram hazırlanmalı və təcili olaraq sülhməramlıların dəstəyi ilə icrasına başlanılmalıdır.  

Eyni zamanda 1993-cü ildən sonra Dağlıq Qarabağa köçmüş ermənilərin müəyyənləşdirilməsi üçün dövlət arxivlərində, Statistika Komitəsində və DİN-nin məlumat bazalarında həmin vaxta kimi qeydiyyatda olanların adlı siyahısının əldə olunması təmin edilməli, digərlərinin vətəndaşlıq mənsubiyyəti məsələləri aydınlaşdırılmalıdır. 

Eyni zamanda bu məsələlərin Rusiyanın Xankəndidə olan sülhməramlılarının tərkibində fəaliyyət göstərən Humanitar Mərkəzlə davamlı müzakirəsinə başlanılmalıdır".