27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlik valideynlərə müraciət etdi

21.12.2020

 Valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır.

DM xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir: "Təbii ki, bu da müəyyən vaxt aparacaq. Gələcəkdə başqa xarici dil və digər fənlər də milli qiymətləndirməyə cəlb oluna bilər”.