28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus kəşfiyyatının Azərbaycanla dostluğu?..

21.12.2020

 Rusiya Prezidenti Vladimir Putin Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Azərbaycan diasporu ilə əlaqəsinin olub-olmaması məsələsi ilə maraqlanmayıb.

DM xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.

O bildirib ki, bu məsələ Vladimir Putini maraqlandırmayıb.

Peskovun sözlərinə görə, həmin məsələ müzakirə olunmayıb.

Qeyd edək ki, "Proyekt" nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Dağlıq Qarabağ münaqişəsi zamanı guya Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ailəsi ilə birlikdə Moskvada olması ilə bağlı araşdırma dərc edib. Araşdırmada vurğulanıb ki, guya Narışkin Azərbaycanda doğulmuş biznesmen Qod Nisanov ilə sıx əlaqədədir, onun qızı isə Leyla Əliyeva ilə dostluq edir.