28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni virusun ölkəmizdə yayılma riski

21.12.2020

 Britaniyada 1.1.7, SARS-CoV-2 kimi koronavirus növləri yayılıb. İlkin məlumatlara görə, yeni növün yoluxduruculuq xüsusiyyəti COVİD-19-dan yüksəkdir, bu səbəbdən də artıq Avropanın bir neçə ölkəsində aşkar edilib. Şəbəkələri izləsək, görmək olar ki, virus hətta Şərq ölkələrində də rast gəlinir. Əgər bu infeksiya Avropa ölkələrində sürətlə yayılırsa, bir neçə gün ərzində bu qədər ölkəni əhatə edə bilibsə, bizim ölkəmizə də çatması riski var. Nəzərə alsaq ki, Azərbaycan hələ bəzi ölkələr arasında uçuşları dayandırmayıb, bu, qaçılmazıdır.

Bu sözləri infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, koronavirusun yeni mutasiyası ilkin növün yayılması tarixçəsini təkrar edir:

"Sadə xatırlatma edim ki, COVİD-19 Çində yayıldığı zaman vətəndaşlarımızın bir qismi virusun Azərbaycanda yayılması ehtimalını qətiyyətlə rədd edirdilər. Dekabrda Çində aşkarlanan virusun fevral ayında Azərbaycanda yayılmağa başlaması rəsmi olaraq təsdiq olundu. Buna görə də təbii ki, ehtimallar böyükdür. İndidən profilaktikaya başlamaq lazımdır, daha doğrusu, ilkin koronavirus növünə qarşı gördüyümüz profilaktika işlərini gücləndirmək lazımdır. Mutasiya heç nəyi dəyişmir. Spirt, maska və təcrid rejiminə daha məsuliyyətli və diqqətli yanaşmalıyıq”.