09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Axtarış elan edilib

08.07.2018

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair bəyannamə təqdim etməkdən boyun qaçırmaqda ittiham edilərək barəsində axtarış elan edilib.
Erməni mətbuatının verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.
Bundan başqa, analoji ittiham üzrə Levon Sarkisyanın qızı Ani Sarkisyan barəsində də axtarış elan edilib.
Məhkəmə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib, Ani və onun qardaşı Narek barəsində isə ərazini tərk etməmə qərarı çıxarıb.
Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniya kimi ölkələrdə səfir postunda çalışıb. O, 2010-cu ildən xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərir. Statusuna uyğun olaraq təqdim etdiyi bəyannamələrdə əmlakı və gəlirləri barədə dəqiq məlumatlar əks etdirməlidir.
Qeyd edək ki, iyunun 25-də Serj Sarkisyanın digər qardaşı Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib.