04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mutasiyaya görə qorxuya düşməyin

21.12.2020

 İngiltərədə virusa yoluxmanın artmasını mutasiya ilə əlaqələndirmək üçün tezdir. Təsadüf də ola bilər. Hələ heç nə dəqiq deyil.

DM xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev qeyd edib.

O bildirib ki, ÜST-ün virusun mutasiyası ilə bağlı dediklərinə görə insanları qorxutmağa ehtiyac yoxdur:

"Koronavirusa aid olan B.1.1.7-də 2 gücləndirən və 1 zəiflədən mutasiya var. ÜST-ün İngiltərədə olan mutasiya ilə bağlı dediyini tirajlayıb insanları qorxuya salmağın heç bir anlamı yoxdur. Ən azından ona görə ki, virusun bizdə nə vəziyyətdə olmasından, hansı qolunun neçə dəfə mutasiyaya uğradığından xəbəriniz yoxdur”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyaya uğraması ilə bağlı həyəcan təbili çalıb.