05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər Ermənistandan çox, Azərbaycana inanır

21.12.2020

Ermənistanda insanlar yerli mənbələrdən olan informasiyaya inanmağı dayandırır və Azərbaycanla Rusiya KİV-lərinin xəbərlərinə daha çox güvənirlər.

DM xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyan deyib.

"Dövlət idarəçiliyi sistemində kollaps siyasi qüvvələrin fəaliyyəti ilə müşayiət edilir. Bütün bunlar ölkəni fəlakətə aparır. Bu fonda erməni ictimaiyyətinin N hissəsi Azərbaycan informasiyasına inanmağa başlayır və bu tendensiya zamanla dərinləşir. Əsas səbəb dövlət aparatının informasiya kollapsıdır. Hansı ki, bizim vətəndaşlar ən yaxşı halda gecikmiş informasiya əldə edirlər”, – o bildirib.

Martirosyan təhlükəsizliyin təminatı üçün bu gün Ermənistan dövlətinin öz prioritet funksiyalarını icra etmədiyini və nəticədə hər şeyin xaosa apardığını söyləyib.