05 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan COVID-19-la mübarizədə yeni mərhələdə

21.12.2020

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı çoxsaylı liderlərin olduğu tədbirdə bir sıra önəmli mesajları ilə yadda qaldı.

Dövlət başçısı ilk olaraq Azərbaycanın COVID-19-la mübarizə çərçivəsində təcrübəsindən danışdı.

Prezident bildirdi ki, 10-dan artıq yeni müasir xəstəxana yaradılıb, həkim qıtlığı ilə bağlı məsələ həll edilib, 5 ölkədən həkim qrupları dəvət olunub, vətəndaşlara dövlət dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən 2.5 milyard manat ayrılıb. Bu yardımlar 5 milyondan artıq vətəndaşı əhatə edib. Dövlət başçısı Azərbaycanın dünyada koronavirusa qarşı effektli vaksin hazırlama proseslərini də diqqətlə izlədiyini və artıq 2021-ci ilin əvvəlindən ölkədə vaksinasiya prosesinin başlanacağını da vurğuladı.

Vətən müharibəsi və onun nəticələri ilə bağlı məlumat verən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan uzun illər münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətdə olan nəqativ fonu məhv edərək həqiqətləri dünyaya çatdırmağı bacarıb. Ermənistanda üçtərəfli bəyanatın icrasına mane olmağa çalışan qüvvələrin mövcudluğundan bəhs edən dövlət başçısı dedi ki, onlar bunun Ermənistan üçün daha faciəvi nəticələrlə bitəcəyini nəzərə almalıdırlar. Prezident Hadrutda son olaraq atəşkəsin pozulmasına da diqqət çəkərək bildirdi ki, bəyanat imzalandıqdan sonrakı müddət ərzində cəmi bir insident qeydə alınıb və o da bir gün ərzində öz həllini tapıb.

Millət vəkili Sevil Mikayılovanın fikrincə, ölkə başçısı Ermənistanın işğalından azad edilən ərazilərində baş verən dəhşətli vandalizm faktlarından danışmaqla, Azərbaycan ərazilərinin bənzərsiz barbarlığa məruz qaldığını vurğulayıb.

Azərbaycan hazırda həmin ərazilərin bərpa edilərək yenidən qurulması prosesini mümkün olan ən qısa vaxtda icra etməyə çalışır.

İclasda bərpa-yenidəndurma işlərindən də danışan dövlət başçısı bildirib ki, Azərbaycan ərazilərinə qarşı törədilən vandalizmin həcmi dəyərləndirilir və dəymiş ziyan hesablanacaq. Bu isə o deməkdir ki, yer üzündən silinən Azərbaycan şəhərlərinin məhv edilməsinin hesabı Ermənistan dövlətindən soruşulacaq. Müstəqil ekspertlər bu məbləğin on milyardlarla dollar həcmində olacağını proqnozlaşdırırlar.

DM Xezerxeber.az-a istinadən mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: