05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlər koronavirusu havada məhv edən cihaz yaratdılar

21.12.2020

 Fransız alimləri havanı koronavirusdan 90 faiz təmizləməyə imkan verən yeni aparat yaradıblar.

Bu barədə DM "Le Parisien” qəzetinə istinadən xəbər verir.

Xüsusi qurğu medalyon formasında hazırlanıb, onu boyunda daşımaq olar. Onun istehsalçısı "Moskitofree” şirkətidir. İstehsalçılar qeyd edirlər ki, qurğuda mini-ozonator və xüsusi mineral var, lakin mineralın adı açıqlanmır.

Daha əvvəl "Moskitofree” insanları malyariya ağcaqanadından qorumağa imkan verən aparatın istehsalı ilə məşğul olub.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 77 milyondan çox yoluxma qeydə alınıb. Dünyada COVID-19-a yoluxmuş 54 milyondan çox insan sağalıb, 1,5 milyondan çox pasiyent ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.