02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: Bacarmarıq, Baydenin köməyi lazımdır

21.12.2020

 Düşünürəm ki, ABŞ-ın yeni Prezidenti Co Bayden "Normand formatı”nda danışıqları gücləndirəcək.

DM xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Nyu York Tayms” nəşrinə müsahibəsində deyib.

"O, (Bayden) Rusiya və Ukraynanın problemini yaxşı bilir. Digər tərəfdən, o, Avropanın təhlükəsizliyi barədə danışıb. Müharibənin sonu barədə danışmaq azdır. Bundan sonra nə edilməlidir? Bizə Donbasın reinteqrasiyası lazımdır. Donbası reinteqrasiya etmək üçün isə güclü kampaniya, güclü texnologiya, təhlükəsizlik və pul lazımdır. Burada isə özümüz bacarmayacağıq”, - deyə Zelenski bildirib.

Zelenski, həmçinin əlavə edib ki, ABŞ-ın yeni administrasiyası Krımın işğaldan azad edilməsində də Kiyevə yardım edə bilər.