Amerikalı hərbçi həlak olub,  ikisi yaralanıb 
    
                          
     
                         08.07.2018
 
    
                        Əfqanıstanın cənubunda "daxili hücum” nəticəsində 1 ABŞ hərbçisi həlak olub, daha ikisi isə yaralanıb.
"RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə NATO-nun "Əzmkar dəstək” missiyasının press-relizində bildirilir. 
Yaralı hərbçilərə tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. 
Araşdırma aparılır.