02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan ordusunun 80 faizi məhv edilib

18.12.2020

 "Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər beynəlxalq hüquq baxımından ona məxsus torpaqlarını işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı”.

DM-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının onlayn sammitində çıxışı zamanı bildirib.

"Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80%-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, - deyə Prezident qeyd edib.

Daha sonra dövlət başçısı ermənilərin 90-cı illərin əvvəllərində Azərbaycana qarşı təcavüzündən, torpaqları işğal etməsindən, Azərbaycan əhalisinə qarşı etnik təmizləmələrdən və məcburi köçkünlərdən bəhs edib.