02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Politoloq Züriyə Qarayevadan AÇIQLAMA

18.12.2020

 Politoloq Züriyə Qarayevanın sözlərinə görə, 44 günlük münaqişənin hərbi mərhələsi bitib, danışıqlar periodu başlayıb: "Danışıqlar prosesinin əsas mərhələsində isə Rusiya və Türkiyə həll prosesinə ATƏT-in Minsk Qrupunu daxil etməyərək razılığa gəldilər. Yəni məsələni ikilikdə həll edirlər. Prezident İlham Əliyevin görüş zamanı açıq şəkildə Minsk Qrupunun münaqişənin həllində heç bir rol oynamadığını, lakin bunu edə bilmək üçün 28 il ərzində müvafiq mandata sahib olduğunu diqqətə çatdırması bu qurumun artıq danışıqlar prosesində əhəmiyyətli yer almayacağından xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin "Türkiyə ilə birgə səylərimiz regionda sülhü bərqərar edəcək”, xarici işlər naziri Sergey Lavrovun "Türkiyə regionda real faktordur” kimi ifadələri isə Rusiyanın regionda maraqlarını, sadəcə, Türkiyə ilə bölüşdüyünün göstəricisidir".

Siyasi şərhçi hesab edir ki, gələcəkdə Minsk Qrupunun danışıqlara qoşulub-qoşulmayacağı gündəmdəki proseslərdən asılı olacaq: "Digər tərəfdən isə Amerikada Demokrat Con Baydenin hakimiyyətə gəlişi və Qafqazla bağlı fərqli ritorika aparma ehtimalı da hadisələrin istiqamətini dəyişə bilər. Fransanın Dağlıq Qarabağa müstəqillik iddialarını qaldırması faktı da Makron administrasiyasının Qarabağ münaqişəsinin həllində kənarda qalmasından irəli gəlirdi. Onun ”Beynəlxalq hüquqa görə Qarabağ BMT tərəfindən tanınan Azərbaycana məxsusdur.

Suveren bir dövlətin işinə onun razılığı olmadan müdaxilə edə bilməzsiniz" bəyanatı isə artıq heç bir fayda əldə edə bilməyəcəyini düşünməsi və geri çəkilməsi demək idi. Beləliklə, Makron regionda hələlik Türkiyə və Rusiyanın həlledici rolu ilə barışmış oldu".