02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xaçatryan da Nikolu hədələdi: Sünikə qayıdır

18.12.2020

 Ermənistanın Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryan "Sünikin müdafiəsi” üçün tezliklə Ermənistana qayıdacağını bildirib.

DM xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsində paylaşıb. O, Sünik vilayətinin "tam itirilməsi” təhdidinin olduğunu deyib.

Qeyd edək ki, Xaçatryan qubernator olduğu dövrdə adı dəfələrlə fərqli kriminal hadisələrə qarışıb. O, 2013-cü ilin iyununda hazırkı korpus komandirlərindən biri olan general-mayor Artak Budaqyanın qardaşı Avetik Budaqyanın ölümünün təşkilatçılarından biri sayılıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Xaçatryan ölkədən qaçıb.