02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın dediyi oldu, tankları Bakıya gəldi, amma...

18.12.2020

 Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həlli üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar.

DM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

"Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildilər”, - Prezident vurğulayıb.