04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəfər günü rəsmən bayram siyahısına DAXİL EDİLDİ

18.12.2020

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitə sədri Musa Quliyev bildirib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr -Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: "Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - "Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.