09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Qarabağda atəşkəsə böyük ölçüdə riayət edilir

18.12.2020

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi ilə bağlı inşaat işləri aparılır.

DM-in "Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Generalın rəhbərliyi altında digər personalın hazır vəziyyətdə olduğunu bildirən türkiyəli nazir vurğulayıb ki, Türkiyədən Azərbaycana istehkamçılar göndərilib: "Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.

H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: "Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”.