03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaladərəsi qalmaqalı

17.12.2020

 Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ətrafında müzakirələr davam edir.

DM xəbər verir ki, erməni mediası az öncə Azərbaycan Ordusunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə gedən yoldakı blokpostu götürdüyünü və mövqeyini tərk etdiyini açıqlasa da, Ermənistan vitse-premyeri Tiqran Avinyan hələ yekun qərarın verilmədiyini bildirib.

Hazırda rus sülhməramlılarının da ərazidə olduğunu qeyd edən Avinyan tərəflər arasında təmasların davam etdiyini və yekun qərarın yaxın müddətdə veriləcəyini qeyd edib.

Xatırladaq ki, xəbərdarlıqlara baxmayaraq, erməni silahlıları ərazidən çıxmadığına və Azərbaycan Ordusuna qarşı terror hücumları etdiyinə görə 11 dekabrda DTX antiterror əməliyyatı həyata keçirmişdi. Nəticədə Köhnə Tağlar və Çaylaqqala kəndlərinə tam, Böyük və Kiçik Qaladərəsi kəndlərinin isə giriş-çıxışına nəzarəti əlinə almışdı.

Hazırda ərazidə erməni silahlılarının olması vəziyyəti dramatikləşdirir.