03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ərdoğan və İlham Əliyev tarixin yaratdığı bu şansı anlayırlar”

16.12.2020

"Bakı və Ankaranı yalnız eyni dil, din və kültür birləşdirmir, eyni zamanda eyni maraqlar birləşdirir”.

DM xəbər verir ki, bu fikirləri politoloq Azər Rəşidoğlu bölgə dövlətlərinin əməkdaşlıq formatı barədə səslənən təklifləri şərh edərkən deyib.

Onun sözlərinə görə, ermənilər heç vaxt anti-türk, anti-Azərbaycan düşmənçiliyindən əl çəkməyəcəklər:

"Ümumi Qafqaz evi", Cənubi Qafqaz ölkələrinin biriliyi ideyası çox müzakirə edilir. Ermənistansız bu ideya reallaşa bilməz. Ermənilər isə heç vaxt anti-türk, anti-Azərbaycan düşmənçiliyindən əl çəkməyəcəklər. Azərbaycan Gürcüstana qarşı həmişə xoşniyyətli olub. Hətta faşist Qamsaxurdiyanın zamanında da Bakı Tiflisə qarşı addım atmayıb. Baxmayaraq ki, Şeverdnadze Heydər Əliyevin ayağının altını qazan adam olub, onun dönəmində də Bakı Gürcüstanla münasibətlərə xoş yanaşıb. Gürcüstan NATO-ya inteqrasiya yolunu seçən bir ölkə olaraq maraqlı tərəfdaşdır. Lakin Tiflis Borçalı əhalisinin problemlərini görməzdən gələ bilməz. İran və Rusiya müstəqil Azərbaycan ideyasını qəbul etmək istəmir. Bu baxımdan, Gürcüstan-Rusiya-İran-Ermənistan-Türkiyə-Azərbaycan formatı da alınmayacaq. Bakı və Ankaranı yalnız eyni dil, din və kültür birləşdirmir, eyni zamanda eyni maraqlar birləşdirir. Ərdoğan və İlham Əliyev tarixin yaratdığı bu şansı anlayırlar və ondan bəhrələnmək istəyirlər. Təbii ki, yaxın və uzaq qonşularımız bunu istəmir. İstənilən halda Türkiyəyə Xəzərə və Orta Asiyaya çıxış əldə etmək vacibdir. Bu yol isə Azərbaycandan keçir…”