08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni marşrut xətti

07.07.2018

Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib.
Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.