03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

160 erməni əsir düşdü, Ermənistan qarışdı

16.12.2020

Ötən gün sosial şəbəkədə Azərbaycan Ordusuna təslim olan erməni əsgərlərin əsasən Xorom, Lancik və Azatan kəndindən olduqları iddia edilir.

DM erməni mediasına istinadla xəbər verir ki, bu səbəblə etiraza qalxan Şirak sakinləri Gürcüstan sərhədinə gedən Gümrü-Bavra yolunu kəsiblər. Etirazçılar həmçinin İrəvana gedən yolu bağlamaq istəyirlər.

Etirazçılar bildiriblər ki, 150 əsgər əsir düşüb, onları Ermənistan hakimiyyəti ümumiyyətlə "unudubmuş”.

Qeyd edək ki, Köhnə Tağlar və Çaylaqqalada, həmçinin yaxınlıqdakı meşələrdə gizlənən erməni silahlılar 26 noyabr və 8 dekabrda Azərbaycan Ordusunun əsgərlərinə terror hücumu təşkil edib. Buna cavab olaraq ərazini boşaltmayan və torpaqlarımızdan çıxmayan erməni silahlılarına qarşı DTX antiterror əməliyyatı həyata keçirib.

Əməliyyat zamanı 160 erməni silahlının əsir götürüldüyü haqda sosial şəbəkələrdə görüntü yayılıb.